“Bu nailiyyət davamlı siyasi sərmayə və səhiyyə işçilərinin fədakarlığı, eləcə də malyariya hallarının qarşısının məqsədyönlü şəkildə alınması, erkən aşkarlanması və müalicəsi sayəsində əldə olunub”, - məlumatda deyilir.
Xatırladaq ki, bu məsələ ötən ilin oktyabr ayında Azərbaycanın səhiyyə naziri Teymur Musayevin ÜST-ün nümayəndə heyəti ilə görüşündə müzakirə edilib.
ÜST-ün “malyariyadan azad” ölkə sertifikatını almaq istəyən ölkə ən azı üç il ardıcıl olaraq ərazisində yerli ötürülmə zəncirlərinin rast gəlinmədiyinə dair təkzibolunmaz sübutlar təqdim etməlidir.
AzVision.az
Teqlər: