Bayramda təcili yardıma 2 mindən çox çağırış daxil olub

   Bayramda təcili yardıma 2 mindən çox çağırış daxil olub
  27 Mart 2023    Oxunub:750
Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, “103” Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.

Təcili tibbi yardım xidməti gün ərzində 2 100 - 2 200 çağırış icra edib. Çağırış səbəbləri əsasən respirator xəstəliklər, arterial təzyiqin qalxması, travmalar və s. ilə bağlı olub.

Eyni zamanda bayram günlərində Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar xidmətə çağırışlar daxil olub.

Xəsarət alan şəxslərdən 57 nəfərə ilkin tibbi yardım göstərilib, müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti