"Ronaldo az qala ağlayacaqdı"

   "Ronaldo az qala ağlayacaqdı"
  26 Mart 2023    Oxunub:794
"Mançester Yunayted"in keçmiş futbolçus Rio Ferdinand sabiq komanda yoldaşı Kriştiano Ronaldo ilə xatirələrindən danışıb.
AzVision.az "Talksport"a istinadən xəbər verir ki, o, tez-tez hücumçu ilə stolüstü tennis oynadıqlarını deyib:

“Mən və digər komanda yoldaşımız Kvinton Fortune Ronaldoya çox sataşırdıq. O, bizdən çox gənc idi. İki gündən bir stolüstü tennis oynayırdıq. Bu, isinmə hərəkətləri kimi idi. Ronaldo məni məğlub etdi. Mən və Ronaldo Rocer Federer və Rafael Nadal kimi idik. Bizim oyunumuz televiziyada göstərilsəydi, rekordlar qırardıq. Kriştiano az qala ağlayacaqdı. Amma yenə də mübarizəyə hazır idi".

Qeyd edək ki, Ferdinand 2002-2014, Ronaldo 2006-2009, 2021-2022-ci illərdə "Mançester Yunayted"də oynayıblar.
AzVision.az


Teqlər:





Xəbər lenti