Bakıda evdə yanğın: Xəsarət alanlar var

   Bakıda evdə yanğın:    Xəsarət alanlar var
  26 Mart 2023    Oxunub:780
Bakıda evdə yanğın olub .
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 70 kvadratmetr olan 2 otaqlı evin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə, içərisində ümumi sahəsi 45 kvadratmetr olan qazanxananın yanar konstruksiyaları və binanın dam örtüyü 80 kvadratmetr sahədə yanıb.

Yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 5 kvadratmetr sahədə əriyib.

Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti