BQXK-nın səkkiz avtomobili Laçına maneəsiz keçib

   BQXK-nın səkkiz avtomobili Laçına maneəsiz keçib
  24 Mart 2023    Oxunub:896
Ekoaksiyanın iştirakçıları martın 24-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
AzVision.az xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus bir yük və yeddi minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Bu, bir daha Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.





AzVision.az


Teqlər:





Xəbər lenti