Kainatda yalnızıqmı: “Fermi paradoksu”nun açması

// Bizdən başqa sivilizasiyalar varsa, izləri niyə görünmür?

      Kainatda yalnızıqmı:    “Fermi paradoksu”nun açması
  14 Fevral 2023    Oxunub:5872
Son günlər dünya mediasında baş qaldıran UFO mövzusu yenidən ənənəvi sualı aktuallaşdırıb: “Kainatda yalnızıqmı?” Bu suala “yox” cavabını vermək çətindir: doğrudanmı, 14 milyard il ərzində 200 sekstilyon (200 milyard dəfə trilyon) ulduzun ancaq birinin sistemində həyata yarana bilib?! Əsla inandırıcı deyil. Bizim ulduzumuzu bu qədər müstəsna edəcək heç nə yoxdur axı.
Məşhur Dreyk tənliyi məhz bunu nəzərdə tuturdu ki, statistik baxımdan indi kainatda xeyli sivilizasiyalar olmalıdır. Amma bu zaman məşhur “Fermi paradoksu” ilə üzləşirik: “Bəs hanı onlar”?!

Hamı haradadır?

Enriko Fermi atom bombasının yaradıcılarından biri kimi tanınan məşhur italiyalı fizikidir. Özünün məşhur sualını 1950-ci ilin yayında Los-Alamos Laboratoriyasının yeməkxanasında üç həmkarı ilə Dreyk tənliyini müzakirə edərkən səsləndirib: “Where is everybody?”

Bizdə kosmosdan siqnalların qəbulu texnologiyaları var. Müşahidə edə bildiyimiz məsafələrdə nəzəri cəhətdən həyat üçün uyğun olan planetlər də mövcuddur. Bəs niyə Kainat inadla susur?!

“Fermi Paradoksu” tez-tez səhv başa düşülür, hesab edilir ki, Enriko yadplanetlilərin mövcud ola biləcəyinə inanmır. Lakin alim yerdənkənar sivilizasiyaların olmadığını deməyib, niyə onlardan bir iz-soraq olmadığını soruşub. Bu suala müxtəlif cavablar var.

Bu yazıları da qaçırmayın:
ABŞ əlindən gələni boş qaba çəkir
Dördayaqlı "mələk"lər: İtlər insanları necə xilas edirlər?
Müharibədə “Zenit qarşıdurması” başlayır – ŞƏRH

Yadplanetlilərin varlığına şübhə ilə yanaşdığını 1975-ci ildə astrofizik Maykl Hart açıq şəkildə yazmışdı. Ona görə də, paradoksu “Hart paradoksu” adlandırmaq daha məntiqli olardı.

SETI paradoksu

SETI yerdənkənar sivilizasiyların axtarışı ilə məşğl olan beynəlxalq layihədir. 1960-cı illərdə ortaya çıxan ideyanın məğzi bu idi ki, biz planetimizdən kənarda həyat tapmağa çalışırıq, lakin özümüz kosmosa siqnallar göndərmirik. Əgər bütün sivilizasiyalar yalnız susub axtarışda olsa, heç kim başqasını tapa bilməyəcəyik. Kimsə “mən buradayam” qışqırmalıdır.

Bu zaman ortaya bir “əmma” çıxır: O halda biz kosmosda sadəcə həyat yox, məhz radiodan istifadə edən həyat axtarırıq. O isə siqnallarımızın yayıldığı məsafədə olmaya da bilər. Yerdənkənar sivilizasiyaların bizim hələ təsəvvür edə bilmədiyimiz tamamilə fərqli texnologiyalardan istifadə etmələri də mümkündür.

1993-cü ildə ABŞ Konqresi dövlət vəsaitlərini israf etdiyinə görə SETI-nin maliyyələşdirilməsini qismən dayandırdı. Bununla belə, layihə fəaliyyətini davam etdirir.

Dreyk tənliyi

1961-ci ildə astronom Frenk Donald Dreyk qalaktikada texnoloji cəhətdən inkişaf etmiş sivilizasiyaların sayını hesablaya biləcək riyazi düsturu təklif etdi. Düstur belədir:


Hazırda bu tənliyin yekun həlli yoxdur, çünki alimlər onun əksər parametrləri haqqında hələ də mübahisə edirlər. Bundan əlavə, Dreyk texnoloji icmaları deyil, yalnız birbaşa əlaqə qura biləcəyimiz cəmiyyətləri nəzərdə tutur.

Dreyk yüksək inkişaf etmiş sivilizasiyaların özlərini məhv etmək ehtimalını da nəzərdə tutur. Onun fikrincə, hər bir sivilizasiya kosmosda başqaları ilə əlaqə yaradacaq səviyyəyə çatmağa macal tapmamış özü-özünü məhv edir. Kütləvi qırğın silahının əleyhdarları bu arqumentdən tez-tez istifadə edirlər.

Fizik Alexandr Berezin paradoksu həll etmək üçün daha bir bədbin nəzəriyyə təklif edib: Qalaktikalararası hərəkətə nail olan ilk sivilizasiya öz həyat və fəaliyyətini təmin etmək üçün böyük resursları mənimsəməyə başlayacaq. Nəticədə üzərində həyat yaranan digər dünyalar məhv olacaq.

“Zoopark hipotezi”

1973-cü ildə amerikalı astronom Con Boll “Zoopark hipotezi”ni irəli sürdü. Hipotezin mahiyyəti ondan ibarətdir ki, biz yerdənkənar sivilizasiyaların izlərini görmürük, çünki özləri bunu istəmirlər; bizim bunu bilməyimiz lazım deyil. Fərziyyəyə görə, yadplanetli icmalar Yerdəki həyatdan çoxdan xəbərdardırlar, lakin onlar müşahidə etməyi və heç nəyə qarışmamağı üstün tuturlar, biz müəyyən inkişaf səviyyəsinə çatdıqda əlaqə yaradacaqlar.
Rus alimi Konstantin Tsiolkovski də yerdənkənar sivilizasiyalarla təmaslarla bağlı “Zoopark fərziyyəsi”nə oxşar mülahizələr söyləmişdi.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Kosmos   Astrofizika  





Xəbər lenti