Çin kəşfiyyatı Britaniya hökumətini izləyir – Qalmaqal

   Çin kəşfiyyatı Britaniya hökumətini izləyir –    Qalmaqal
  08 Yanvar 2023    Oxunub:4857
Britaniya hökumətinin qarajındakı avtomobillərin birində izləmə qurğusu aşkarlanıb. Hermetik detalın daxilində yerləşdirilmiş qurğunun geolokasiya funksiyası olub.
“Daily Express”in məlumatına görə, şübhəli avtomobil son vintinə qədər sökülüb. Bundan sonra bəzi narahatlıq doğuran məsələlər üzə çıxıb.

Diplomatik xidmətə aid maşınların birində isə xüsusi gizli sim-kartın tapıldığı bldirilir.

Britaniya hökuməti hesab edir ki, hadisənin arxasında Çinin xüsusi xidmətləri dayanırlar. Çünki qurğu Çin istehsalı olmaqdan əlavə, məlumatları da məhz Çinə ötürürmüş.

Qurğunu istehsal edən şirkət hələ ki heç bir açıqlama verməyib.

Təhlükəsizlik orqanlarının keçmiş əməkdaşlarından olan yerli ekspertlərdən biri “Daily Express”ə açıqlamasında deyib ki, Çinin istehsal etdiyi bir çox qurğularda izləmə funksiyası və “arxa qapılar” (backdoor) var: “Əgər Çin istəsə, bizim siyasətçilərimizi izləyə bilərmi? Bilər! Bəs Rusiya istəsə necə?! O da izləyə bilər”.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Kəşfiyyat   Çin   Britaniya  





Xəbər lenti