Tarif limitlərinin yenilənməsi bu tarixədək bitəcək

“Qalan 1,4 mln. yaxın abonentimizin, mexaniki, sonradan ödənişli sayğaclardan istifadə edən abonentlərinin limitlərinin yenilənməsi prosesi bir neçə gün vaxt alacaq”, - Eldəniz Vəliyev qeyd edib.
Xatırladaq ki, ötən il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
AzVision.az
Teqlər: