Fransanın vasitəçilik iddiaları nəyə hesablanıb

   Fransanın vasitəçilik iddiaları nəyə hesablanıb
  03 Dekabr 2022    Oxunub:4151
Ötən həftə Azərbaycan prezidenti İlham Əliyev dekabrın 7-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən imtina etdiyini bildirdi. Bu qərarın əsas səbəbi isə Ermənistanın həmin görüşdə mütləq Fransa prezidenti Emmanuil Makronun iştirakı şərtini irəli sürməsidir.
Rəsmi Bakının ifrat ermənipərəst mövqedə dayanan Parisin postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində vasitəçilik iddialarını qətiyyətlə rədd etməsinə baxmayaraq, Fransa hakimiyyəti belə cəhdlərdən əl götürmür. Öz niyyətinə çatmaq üçün hətta Fransa parlamenti Azərbaycan əleyhinə qərəzli qətnamələrin qəbulu yarışını da təşkil edib.

İrəvan isə öz növbəsində istənilən yolla məhz Fransanın iştirakı ilə Brüssel platforması çərçivəsində dekabrın 7-də dördtərəfli görüşün keçirilməsinə nail olmağın vacibliyini vurğulayıb.

Politoloq Sahil İsgəndərov Parisin və ümumilikdə Qərbin bu yolla Brüssel platformasını Fransa ilə əvəzləmək, beləliklə də bir növ tarixin arxivinə verilmiş Minsk qrupunu başqa bir formatda bərpa etmək istədiyini bildirib. Lakin bu iddiaları Bakı ilə yanaşı Moskvanın da rədd etməsi belə cəhdləri puça çıxarır. Ekspert bu müstəvidə Rusiyanın da vasitəçilik missiyasına, xüsusilə də Azərbaycanın Qarabaş bölgəsində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlılarına da ciddi iradların olduğunu vurğulayıb.





Teqlər:





Xəbər lenti