Konspirologiya: Dünyanı idarə edən 8 ailə - VİDEO

     Konspirologiya:    Dünyanı idarə edən 8 ailə -    VİDEO
  02 Dekabr 2022    Oxunub:9320
Birinci yazı “Niyə dünya mediası gecə-gündüz bu haqda ətraflı yazmır” sualı ilə yekunlaşmışdı. Əslində həmin sualın sadə cavabı car: çünki dünyada ən böyük media resurslarına da “böyük üçlük” nəzarət edir.
ABŞ-da media landşaftının 90%-nə nəzarət edən altı media şirkətindən dördü – “Time Warner”, “Comcast”, ABC və “News Corp” un əsas səhmdarları bizim köhnə dostlarımız “Vanguard” və “BlackRock” şirkətləridir.


Bu 4 ad sizə xırda görünməsin. Təkcə elə “Warner Bros” qrupuna CNN, HBO, TBS, “Turner Network Television”, HBO Max, The CW Television Network, Cartoon Network və onlarla digər televiziya kanalı, bütün yaş qrupları, zövqlər üçün jurnallar daxildir.

“Comcast Corporation” NBC və “Telemundo” telekanallarına, “Universal Pictures” və “Sky” (Avropa telekommunikasiya şirkəti) kinostudiyalarına sahibidir.

Amerikanın ABC yayım şirkəti “Walt Disney Company”, “Walt Disney Pictures”, “Walt Disney Animation Studios”, “Disneynature”, “Pixar”, “Marvel Studios” və əyləncə parklarından başqa, bir sıra televiziya kanallarının sahibidir.

“News Corp”un aktivlərinə “The Wall Street Journal”ın naşiri olan aparıcı maliyyə informasiya agentliyi “Dow Jones & Company”, “New York Post”, “Harpers Collins” kitab nəşriyyatı, Britaniyanın ən böyük qəzetləri “The Sun” və “The Times”ı nəşr edən “News UK” şirkəti daxildir.
Korporasiyanın digər ən böyük sərvəti “21st Century Fox” kinostudiyasıdır. Onun tərkibinə yayım və media təşkilatı “Fox Entertainment Group” və mühafizəkarların ruporu olan FoxNews telekanalı da daxildir.

Dünyanın ən nüfuzlu qəzeti olan “The New York Times” 120 illik fəaliyyəti dövründə keyfiyyətli və mütərəqqi informasiya mənbəyi kimi şöhrət qazana bilib. Onun ABŞ siyasətinə, deməli, həm də dünyaya təsiri danılmazdır. Bu qəzetin səhmdarları da “The Vanguard Group” və “BlackRock”dur. Onlar biri 8,21, digəri 6,72% pay ilə ikinci və üçüncü yerlərdədirlər.

Pərdələnmiş niyyətlər

Maraqlıdır ki, “Vanguard” və “BlackRock” xeyriyyə fondlarında da iştirak edirlər. Onların başında Bill və Melinda Qeyts Fondu, Açıq Cəmiyyət İnstitutu (Corc Soros Fondu), Bill və Hillari Klinton Fondu gəlir.

Bill və Melinda Qeyts Fondu uzun müddətdir ki, dünyanın ən yoxsul ölkələrində yoluxucu xəstəliklərə qarşı mübarizə ilə məşğuldur. 2021-ci ildə Fond 455 milyon dollarlıq ianə ilə yenidən Dnya Səhiyyə Təşkilatının donorları siyahısında ABŞ və Böyük Britaniyadan sonra üçüncü yeri tutdu.


Açıq Cəmiyyət İnstitutu guya dünyanın qapalı ölkələrində azadlıq və demokratiya ideyalarını təbliğ etmək missiyasını üzərinə götürərək, dünya elitası üçün başqa bir mühüm funksiyanı yerinə yetirir: bəzi ölkələrin hakimiyyətini şantaj etməklə, qapılarını transmilli korporasiyalar üçün açdırır. Bu ölkələrdə sadə vətəndaşların insan haqları, ədalət, bərabərlik uğrunda məsum mübarizəsi Soros Fondunun pulları ilə həyata keçirilir. Uğurlu nəticə əldə olunduqda, yəni iatidar devrildikdə ölkə yeni "demokratiya" yoluna qədəm qoyur; başqa sözlə, dünyada demək olar ki, hər şeyə sahib olan fondların növbəti qurbanına çevrilir.

Kimdir onlar?

Bura qədər verilən məlumatlardan sonra yəqin, hər kəs təəccüblənir ki, axı iki şirkət – “Vanguard” və “BlackRock” dünyada təsəvvür edə biləcəyimiz hər şeyə necə sahib ola bilir? Bunlardan da biri – Vanguard o birinin ən böyük səhmdarıdır.


“Vanguard”ın özü sahiblərini müəyyənləşdirmək çətin olan unikal korporativ struktura malikdir; açıq mənbələrə görə, bu "özəl" şirkətdir və ona görə də səhmdarlarının siyahısı qapalıdır. Biz yalnız onu bilirik ki, “Vanguard” müxtəlif fondlara və bu fondlar da öz növbəsində səhmdarlara məxsusdurlar. Bu səhmdarlardan başqa onun kənar investorları yoxdur və birjada iştirak etmir.

“The Defender”in araşdırmasında deyilir ki, “Vanguard”a nəzarət edən elita diqqət mərkəzində olmağı xoşlamır, ancaq təbii ki, onları araşdıranlardan gizlənə də bilməzlər.

“Oxfam” və “Bloomberg”in hesabatlarında deyilir ki, dünya əhalisinin 1%-i digər 99%-dən daha çox sərvətə malikdir. Dünyada qazanılan bütün pulların 82%-i həmin 1%-in cibinə gedir. “Vanguard” və “BlackRock” həmin cibləri doldurmağın vasitəsidir.

Ciblərin sahibi isə bir neçə ailədir: Britaniya kral ailəsi, Rotşild və Rokfeller ailələri, İtaliyada Orsi ailəsi, Amerikalı Buş ailəsi, Düpont ailəsi, Morqanlar, Vanderbiltlərdir.

Konspiroloji nəzəriyyələrini araşdıran beynəlxalq jurnalist tədqiqatlarına görə, məhz bu ailələr dünyanın maliyyə piramidasının zirvəsindədirlər.

Məqsəd təkcə puldurmu?

Bəs bu ailələrinmi deyək, qrupunmu deyək, siyasi məqsədləri də varmı? Yoxsa sadəcə, pul qazanmaq istəyirlər?
Təəssüf ki, pulun miqdarı müəyyən həddi keçəndən sonra artıq sahibində başqa iddiaların yaranması ilə nəticələnir. Adlarını çəkdiyimiz ailələrin də bu cür iddiaları və planları ilə bağlı müxtəlif iddialar vaxtaşırı konspiroloji nəzəriyyələtin mövzusuna çevrilir. Amma biz onlara girməyəcəyik, çünki fikir verdinizsə, bura qədər ancaq yoxlanıla bilən faktlardan danışmışıq. “Qara qutu” nəzətiyyələri haqlı ola bilər, amma yoxlanıla bilinmədiyi üçün ciddi jurnalist mövzusuna çevrilə bilməz. Amma məsələn, bu faktdır ki, pandemiyadan əvvəl Lin Forester Rotşild müxtəlif tribunalardan planeti gözləyən yolxucu xəstəlik haqqında danışırdı. Bu, o deməkdir ki, pandemiya “qlobal elita”nın sifarişi olub, yoxsa sadəcə, Rotşild problemi öncədən görə bilmişdi? Deyə bilmərik.

Bu ailələrin nümayəndələri dünyada tez-tez “Böyük Yenidənqurma” haqqında da danışırlar. Həmin “Yenidənqurma” necə olmalıdır – bunun ancaq ilkin əlamətləri haqqında danışmaq olar. Bilinən isə budur ki, ən geci 2028-ci ildə “Vanguard” və “BlackRock” birlikdə 20 trilyon dollarlıq aktivlərə nəzarət edəcək. Qeyd edim ki, dünyanın ümumi daxili məhsulu 96 trilyon dollardır.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Konspirologiya   Böyük-üçlük  





Xəbər lenti