“Qarabağ heç vaxt müstəqil olmayacaq” - Əli Həsənov

“Qarabağ heç vaxt müstəqil olmayacaq” - Əli Həsənov
  07 May 2014    Oxunub:891
“Ötən 21 il ərzində qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə 940 milyon ABŞ dollarından çox həcmdə yardım göstərilib”.
AzVision.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda respublika üzrə 42 beynəlxalq, 45 yerli humanitar təşkilat fəaliyyət göstərir və bu yardım bilavasitə bu təşkilatların xətti ilə həyata keçirilir.

“Cənab prezidentin tapşırığı ilə bu təşkilatların tam sərbəst, azad və şəffaf fəaliyyətləri üçün ölkədə nümunəvi şərait yaradılıb. İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan heç vaxt əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq”.

Komitə sədri onu da vurğulayıb ki, məcburi köçkünlər rəhbər, lider kimi yalnız prezident İlham Əliyevə inanır, yalnız ona etibar edirlər.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti