ABŞ İranın vəzifəli şəxslərinə yeni sanksiyalar tətbiq edib

ABŞ İranın vəzifəli şəxslərinə yeni sanksiyalar tətbiq edib
  06 Oktyabr 2022    Oxunub:314
ABŞ adminstrasiyası İranda kütləvi etirazların yatırılması və kommunikasiyaların bağlanması fonunda ölkənin nazirlik və idarələrinin rəhbərlərinə, eləcə də bu rejimin təhlükəsizlik qüvvələrinin komandanlığına qarşı yeni sanksiyalar elan edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı rəsmi məlumatda deyilir. Sanksiyalar İranın 7 yüksək vəzifəli əməkdaşına -daxili işlər naziri, rabitə naziri, hüquq-mühafizə qüvvələri komandirinin müavini, İslam İnqilabı Keşikçiləri Korpusu komandirinin müavini, İran kiber polisinin rəhbəri və digər yüksək vəzifəli şəxslərə qarşı tətbiq edilib.

AzVision.az

Teqlər:







Xəbər lenti