Müdafiə naziri: “Finlandiyada nüvə silahının yerləşdirilməsi ehtimalı azdır”

      Müdafiə naziri:    “Finlandiyada nüvə silahının yerləşdirilməsi ehtimalı azdır”
  06 Oktyabr 2022    Oxunub:377
Finlandiyada nüvə silahının yerləşdirilməsi ehtimalı azdır.
AzVision.az xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Antti Kaykkonen YLE-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Finlandiya NATO-ya daxil olduqdan sonra alyansın ölkədə mövcudluğunun digər variantları müzakirə olunacaq.

“NATO-ya üzvlük Finlandiyanı öz ərazisində nüvə silahı, qoşun və hərbi bazalar yerləşdirməyə məcbur etmir. İndi Finlandiya üçün prioritet alyansa daxil olmaqdır. Mən nüvə silahının Finlandiya ərazisinə yerləşdiriləcəyinə inanmıram. NATO-ya daxil olmaq ilk növbədə ölkənin təhlükəsizliyini gücləndirməlidir”.

AzVision.az

Teqlər:







Xəbər lenti