"Sülh müqaviləsi ilə bağlı təkliflərimiz İrəvanla Bakıya təqdim edilib" - Zaxarova

   "Sülh müqaviləsi ilə bağlı təkliflərimiz İrəvanla Bakıya təqdim edilib" -    Zaxarova
  06 Oktyabr 2022    Oxunub:658
Rusiya sülh müqaviləsinin bağlanması ilə bağlı təklifləri Ermənistan və Azərbaycana təqdim edilib. AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.
O qeyd edib ki, Rusiya onun müttəfiqi olan iki dövlət arasında münasibətlərin normallaşmasına, o cümlədən sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım edir.

“Bizim hərtərəfli təkliflərimiz İrəvanla Bakıya təqdim olunub. Artıq xəbər verdiyimiz kimi, Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev bu mövzuda məsləhətləşmələr aparmaq üçün bölgəyə bir sıra səfərlər edib. Xüsusən də sentyabr ayında belə səfərlər oldu. Bizim rolumuza şübhə etməyə çalışanlar və bizim fəaliyyətsizliyimizdən danışanlar mənə elə gəlir ki, sadəcə arzuladıqlarını ifadə edirlər”, - XİN sözçüsü deyib.

Zaxarova onu da vurğulayıb ki, Rusiya praktiki işlə məşğuldur. Və o, bunu hansısa tarix və ya gözəl görünən bir format üçün deyil, konkret nəticələri birləşdirəcək şəkildə edir. Eyni zamanda, Zaxarova qeyd edib ki, Rusiya heç bir xüsusi reklam fəaliyyəti ilə məşğul deyil, bunun arxasında heç nə dayanmır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Sülh   Rusiya   Azərbaycan   İrəvan  





Xəbər lenti