"Ağılll şəhər" konsepsiyasının Skandinaviya modeli ilə bağlı araşdırma aparılır
Şirkət rəsmisinə Azərbaycanda "Ağıllı şəhər-kənd" quruculuğu sahəsində atılan addımlar, xüsusən, mövcud qabaqcıl təcrübə olaraq Zəngilan rayonunun Ağalı kəndi barədə məlumat verilib. Öz növbəsində Yörgen Qustafsson isə "Ağıllı şəhər-kənd" quruculuğunda tətbiq olunan müasir texnologiyalar ilə əlaqədar aparılan tədqiqatlar və bu sahədə uğurla tətbiq edilən mövcud araşdırma metodologiyaları barəsində çıxış edib.
Həmçinin, Şuşa şəhəri nümunəsində "Əşyaların interneti" (Internet of Things) vasitəsilə şəhər daxilindəki müxtəlif infrastruktur elementlərinin bir-biri ilə əlaqəli işləyə biləcəyi "Ağıllı şəhər" və real infrastrukturun virtual təsviri olan "Rəqəmsal əkizlər" ("Digital twins") modellərinin tətbiqi imkanları müzakirə edilib.
Vətəndaşların müasir texnologiyalardan rahat istifadə edə biləcəyi "Ağıllı şəhər-kəndlər"in formalaşmasında və vətəndaşlar üçün əlçatanlığın təmin olunmasında özəl müəssisələrin rolu və dövlət-özəl sektor tərəfdaşlığı sahəsində beynəlxalq təcrübə də əsas müzakirə mövzularından olub.
AzVision.az
Teqlər: