"Əlaçı deyildi, 9-dan məktəbi atmışdı" - Ölən erməni əsgərin müəllimi

   "Əlaçı deyildi, 9-dan məktəbi atmışdı" -    Ölən erməni əsgərin müəllimi
  06 Oktyabr 2022    Oxunub:839
Sentyabrın 12 - də Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar nəticəsində xeyli sayda erməni hərbçi məhv edildi. İrəvan itki sayını gizlətməyə çalışsa da, müxalifyönlü saytlar və QHT-lər ölənlərlə bağlı araşdırmalar apararaq ardıcıl məlumatlar paylaşmağa başladı.
Bu gün isə yerli mediada sərhəd təxribatının qurbanı olmuş daha bir əsgər haqqında məlumat yayılıb. "Jam" saytı yazır ki, Ararat rayonunun Lusarat icmasının sakini olan 20 yaşlı Sarqis Manukyan da döyüşlərin ilk günlərində öldürülən əsgərlərdən olub. Qeyd edilir ki, təxribatmı əsgər evin tək oğlu olub.

Ordumuzun məhv etdiyi əsgər: Ansamblda yeri boş qaldı - FOTO
Əsgərin məktəb direktoru olmuş Sahakanuş Qabrielyan isə "168.am" saytına müsahibəsində "qəhrəman" şagirdi haqqında xatirələrini danışarkən qaş düzəldən yerdə göz çıxardıb. O qeyd edib ki, keçmiş şagirdi heç də nümunəvi, oxuyan uşaq olmayıb.

- O, əlaçı şagird deyildi. Beşinci sinifdən on ikinci sinfə kimi onların müəllimi olmuşam. Amma Sargis 9-cu sinfə kimi təhsil alıb. 9-dan sonra oxumayaraq məktəbi atdı, - direktor tərif əvəzinə neqtiv fikirlər səsləndirib.

Məqalədə o da qeyd edilib ki, Sargis 2021-ci ilin yazında xidmətə başlayıb və 6 aya tərxis olunmalı imiş.

"Ölüm hadisəsi döyüşlərin ikinci günü, sentyabrın 14-də baş verib. Çünki o, həmin gün anası ilə təxminən 4 saat danışıb, sonra isə əsgərdən xəbər çıxmayıb”, - məktəb direktoru deyib.

Qeyd edilir ki, təxribatçı əsgərin dəfn mərasimi hələ bu gün təşkil olunacaq.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdilər. Nəticədə iki yüzdən çox erməni əsgərin öldürüldüyü deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Təxribat   Sərhəd   Direktor  





Xəbər lenti