Ukrayna ordusu 9 İran PUA-sını vurub

   Ukrayna ordusu    9 İran PUA-sını    vurub
  06 Oktyabr 2022    Oxunub:666
Ukraynanın cənubunda hava hücumundan müdafiə qüvvələri Rusiya Federasiyasının Ukraynaya hücumlarında istifadə etdiyi xeyli sayda Pilotsuz Uçuş Aparatını (PUA) zərərsizləşdirib.
AzVision.az xəbər verir ki. bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

“Oktyabrın 5-dən 6-na keçən gecə Rusiya işğalçı qoşunları İran istehsalı olan “Şahed-136” kamikadze təyyarələri ilə Ukraynaya hücum etdi. Doqquz kamikadze Pilotsuz Uçuş Aparatı hava hücumundan müdafiə qüvvələrinin xüsusi vasitələri ilə məhv edilib", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: PUA   Ukrayna  





Xəbər lenti