Delfin və balinası olan II Elizabet: Kraliçanın bilinməyən 10 vərdişi

   Delfin və balinası olan II Elizabet:    Kraliçanın bilinməyən 10 vərdişi
  20 Sentyabr 2022    Oxunub:2550
96 yaşında vəfat edən Böyük Britaniya kraliçası II Elizabet dünya tarixində ən uzun sağ qalan ikinci insandır. Kraliçanın ölümündən sonra onunla bağlı bir çox naməlum detallar üzə çıxmağa başlayıb.
AzVision.az 70 il taxtda oturan II Elizabetin qəribə vərdişlərini və onun haqqında bilinməyənləri təqdim edir:

1) Bananı çəngəl və bıçaqsız yeməzdi

Kraliçanin ölümündən sonra onunla uzun illər işləmiş keçmiş işçiləri II Elizabet haqqında unikal məlumatlar veriblər. Bu informasiyaların başında kraliçanın yemək tərzi və seçimləri gəlir. Kraliça Elizabetin ən mühüm xüsusiyyətlərindən biri heç vaxt bananı qabığını soyaraq birbaşa yeməməsi idi. Keçmiş saray işçilərində biri bildirib ki, kraliça həmişə bananı bıçaqla kəsir və çəngəl ilə yeyirdi, heç vaxt bananı dişləməzdi.

2) Sürücülük vəsiqəsi yox idi.

II Dünya Müharibəsində yük maşınlarını idarə edən və maşın sürərkən tez-tez kameralara tuş gələn kraliça II Elizabet yaxşı sürücü idi. O, heç vaxt sürücülük üçün yazılı imtahan verməmişdi.



3)Yumurtası xüsusi respetlə bişirdi

Səhər yeməyində yumurta yeməyi sevən kraliçanın xüsusi resepti var idi. Bişməyə yaxın yumurtaya limon qabığı və kokos yağı əlavə edilirdi.

4)Tuluq zurnası sevgisi

Sübh tezən oyanan kraliça üçün hər gün 15 dəqiqə tuluq zurnası çalınırdı. Musiqinin səsi ilə rahatanan II Elizabet gün ərzində işlərini daha çox diqqət yönəldə bilirdi.

5) Çörəyin çöl tərəfini yeməyi sevmirdi.

Xüsusilə burgerləri sevən II Elizabet daha çox çörəyin içindən hazırlanan yeməkləri yeyirdi.

6) Onun öz delfinləri və balinaları var idi

Böyük Britaniya sularında yaşayan bütün qu quşları Kraliça II Elizabetindir. İş o yerə çatmışdı ki, bu sularda yaşayan qu quşlarının hər hansı birinə müdaxilə etmək qanuni olaraq cinayət sayılırdı. Kraliçanın qu quşları məşhur idi, lakin onun sahib olduğu tək quşlar deyildi. Böyük Britaniya sularında yaşayan "saray balığı" kimi tanınan balinalar və delfinlər də var idi. Onlara da zərər vermək cinayət idi.



7) Daha 30 uşağı var idi

Kraliça II Elizabetin cəmi dörd övladı var idi. Eyni zamanda o, daha 30 uşağın xaç anası idi. Onların arasında keçmiş gəlini Ledi Diananın qardaşı Erl Spenser də var. Digər xaç övladlarının kim olduğu bilinmir.



8) Pasportu yox idi

Sürücülük vəsiqəsi kimi pasportu da olmayıb. Böyük Britaniyada pasport və sürücülük vəsiqəsi onun adına verildiyi üçün bu sənədi almağa ehtiyac duymayıb. Bu, ancaq hökmdarlara aid olan xüsusiyyətdir.

9) Parlaq geyinməyi sevirdi

Rəngarəng paltarları və xüsusi hazırlanmış papaqları ilə tez-tez kameralar qarşına çıxan II Elizabet buna diqqət edirdi. Xüsusilə izdihamlı mərasim və məclislərdə, ictimaiyyətlə qaynayıb-qarışdığı yerlərdə insanların onu görə bilməsi üçün parlaq və hətta neon rənglərə üstünlük verən Kraliça bu mövzuda çox həssas idi. Hər kəsin onu görə bilməsi və izdihamda diqqət çəkməsi onun üçün vacib idi.

10) Gəlinliyini talon yığaraq almışdı

Kraliça II Dünya Müharibəsindən qısa müddət sonra Şahzadə Filiplə evlənmişdi. O, şahzadə də olsa çətin dövrlərdə müəyyən məsələlərdə qənaet edirdi. Belə ki, gəlinlik paltarını yığdığı kuponlarla almışdı. Hətta Britaniya hökuməti kraliça II Elizabetə gəlinliyi üçün əlavə 200 kupon da verib. Lakin kraliçanın jest olaraq ona verilən kuponları geri qaytardığı deyilir.



Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti