Mustafa Kamala `Atatürk` adını təklif edən erməni

Mustafa Kamala `Atatürk` adını təklif edən erməni
  17 Aprel 2014    Oxunub:6118
Son zamanlar türk əlifbası ətrafında ermənilərin yürütdüyü təbliğat mexanizmi daha genişlənməkdədir. Xüsusən, ermənilərin təsiri altında olan və ya onlarla əlaqəsi olan KİV-lər türk dilinin bir erməni tərəfindən yaradıldığını iddia edirlər.

Ermənipərəst KİV-lər türk əlifbası və dilini Akop Martanyanın yaratdığını deyirlər. Gülünc olsa da, bu belədir.

Bəs Akop Martanyan kimdir?

O, 1895-ci ildə anadan olub. Yozqat bəylərindən olan Çobanoğullarının təsərrüfat işlərinə rəhbərlik edən Orxan Aslanoğlunun nəticəsidir. Türk dili filologiyası üzrə ustalardan sayılan Akop, dilçiliklə bağlı araşdırmaları ilə Atatürkün belə sevgisini qazanmışdı. Mustafa Kamal ona “Dilaçar” ləqəbini vermişdi.

Türk Dil Qurumunun ilk baş katibi olan Martayan erməni və türk dillərindən əlavə ingilis, yunan, ispan, latın, alman, rus və bolqar dillərini də yüksək səviyyədə bilirmiş. O, elmi fəaliyyətindən əlavə, orduda zabit kimi xidmət edib və I dünya müharibəsi başlarkən Qafqaz cəbhəsində ehtiyat zabit kimi çalışıb.

Qəribəsi budur ki, Mustafa Kamala “Atatürk” soyadının verilməsini TBMM-ə ilk dəfə təklif edən də məhz Akop Mrtayan olub.

I dünya müharibəsindən sonra Beyruta köçən Akop burada erməni məktəblərinin birinə direktorluq edib. Həmçinin, orada çıxan ilk erməni dilli qəzet “Luys”un da rəhbərlərindən biri olub.



1932-ci ildə Dolmabaxça sarayında keçirilən I Türk Dil Konfransına Atatürk tərəfindən dəvət edilib. Bu zaman o, Sofiyada fəaliyyət göstərirdi. Atatürk dil təmizliyi uğrunda başlatdığı dil inqilabında onun da zəhmətindən yararlanmaq istəyirdi.

1942-60-cı illərdə hazırlanan “Türk ensiklopediyası”na baş redaktorluq edən Martayan bu fəaliyyətini 1979-cu ilə - ölümünə kimi davam etdirdi.

Bu erməni öz xatirələrində Ataürklə tanışlığından belə danışır:

- I dünya müharibəsi başlayanda 19 yaşım var idi və məni əsgər çağırdılar. Öncə Qafqaza göndərdilər. Amma ermənilərə inamsızlığa görə, xidmət etdiyim yeri Suriyayla dəyişdilər. Orada ingilis əsirlər mənim bu dili bildiyimə görə mənimlə əlaqəyə girib öz çətinliklərini deyirdilər. Buna görə türk zabitlər məni vətən xaini elan etdilər və əllərimi bağlayıb bir zabitin yanına gətirdilər. Mən isə bütün təhlükələrə baxmayaraq cəsarətimi toplayıb ona belə hərkətlərlə Türkiyədə heç zaman demokratiya olmayacağını söylədim. Hər kəs təəccüb içində idi. Komandirin nə edəcəyini gözlərkən o yanındakılara mənim əlimi açmağı və içəridən çıxmaqlarını əmr etdi. Mənəsə yer göstərib əyləşməyimi söylədi. Nə olacağını maraqla gözləyirdim. O isə mənə çay təklif etdi və demokratiyayla ilgili danışmağımı istədi Demokratiya, insan haqları barəsində xeyli söhbət etdik. O, diqqətlə məni dinləyirdi. Onun bu hərəkəti məni təəccübləndirmişdi. Sonradan bildim ki, mənimlə bu söhbətləri edən Mustafa Kamal Atatürk idi.

Niyə ermənilər son zamanlar Martanyan mövzusunu xüsusi qabardırlar? Demək çətindir. Yəqin yaxın günlərdə bu sualın cavabını tapacağıq.

Hazırladı: Emin Piri


Teqlər:  





Xəbər lenti