Tərtərdə çoban minaya düşüb, ayaqları amputasiya olunub

 Tərtərdə çoban minaya düşüb,  ayaqları amputasiya olunub
  09 Aprel 2022    Oxunub:1845
Baş Prokurorluq Tərtərdə mina partlayışı barədə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu piyada əleyhinə mina partlaması nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova AzVision.az -a bildirib ki, Goranboy rayonu Xoylu kəndi sakini 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu hər iki baldırın orta 1/3 hissəsinin travmatik amputasiyası ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. O qeyd edib ki, xəstə həyatı göstərişlə əməliyyata qəbul olunub.

AzVision.az


Teqlər: Tərtər  





Xəbər lenti