Yarım milyonluq mənimsəmə ilə bağlı araşdırma başlanıldı

   Yarım milyonluq mənimsəmə ilə bağlı araşdırma başlanıldı
  08 Aprel 2022    Oxunub:1042
“Sara Group” QSC-nin direktoru Şirvan Əhmədovun müraciəti əsasında hazırda araşdırma aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırma nəticəsində qanuni qərarın qəbul olunması təmin ediləcək.

Qeyd edək ki, ötən gün Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Dadayeva Ayparə Şaban qızının işlədiyi “Sara Group” MMC-dən 451 min manat mənimsəməsi barədə məlumat yayılmışdı. A.Dadayeva tütünçülüklə məşğul olan fermer kimi tanınıb. O, 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

AzVision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti