Cəbhədə vəziyyət necədir?

Cəbhədə vəziyyət necədir?
  14 Aprel 2014    Oxunub:1490
ATƏT növbəti dəfə cəbhə xəttindəki vəziyyəti araşdıracaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatımna görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti