Əhməd Davudoğlu Rusiyaya cavab verdi

Əhməd Davudoğlu Rusiyaya cavab verdi
  14 Aprel 2014    Oxunub:1392
XİN rəhbəri: Türkiyə boğazların statusu haqqında konvensiya üzrə bütün öhdəlikləri yerinə yetirir.
Türkiyə boğazların statusu haqqında konvensiya üzrə bütün öhdəlikləri yerinə yetirir. AzVision.az "Anadolu" agentliyinə istinadən bu barədə ölkənin xarici işlər naziri Əhməd Davudoğlu bazar günü bildirib.

Nazirin sözlərinə görə, konvensiya həyati vacibdir, həm sabitlik, həm də İstanbul və boğazların Qara dənizdə təhlükəsizliyi üçün. "Türkiyə heç vaxt məsuliyyətdən yayınmayıb və boğazların statusu haqqında Montre Konvensiyası üzrə bütün öhdəlikləri yerinə yetirib", - Davudoğlu bildirib.

Boğazların statusu haqqında Montre Konvensiyasına əsasən, Qara dənizə çıxışı olmayan ölkələrin hərbi gəmiləri onun akvatoriyasında 21 sutka ərzində qala bilər və onlar üçün sinfi və tonnaj üzrə zəruri məhdudiyyətlər qoyulub.


Teqlər:  





Xəbər lenti