Ermənistanda spiker baş nazir olur

Ermənistanda spiker baş nazir olur
  13 Aprel 2014    Oxunub:1406
Ermənistanın hakim partiyası baş nazir vəzifəsinə spikerin namizədliyini dəstəkləyib.
Ermənistan prezidenti Serj Sarkisyan baş nazir vəzifəsinə parlamentin spikeri Ovik Abramyanın namizədliyini təklif edib və Ermənistanın hakim partiyası onu dəstəkləyib.

AzVision.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu bazar günü Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib.

"Abramyanın namizədliyi bu gün icraçı orqanın və Ermənistanın Respublika partiyasının Şurasının növbədən kənar yığıncağında bəyənilib", - Şarmazanov bildirib.


Teqlər:





Xəbər lenti