ANAMA: Ötən həftə daha 68 mina tapılıb

   ANAMA:    Ötən həftə daha 68 mina tapılıb
  09 Mart 2022    Oxunub:825
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AzVision.az -a bildiriblər ki, martın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 39 mina və 36 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 129,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AzVision.az



Teqlər:





Xəbər lenti