Dart Veyder Ukrayna prezidenti olmaq istəyir – VİDEO, FOTOLAR

Dart Veyder Ukrayna prezidenti olmaq istəyir – VİDEO, FOTOLAR
  04 Aprel 2014    Oxunub:1687
Ukraynanın Mərkəzi Seçki Komitəsi Dart Veyderin prezidentliyə namizədliyini qeydə almaqdan imtina edib. Səbəb kimi onun sənədlərinin düzgün doldurulmadığı göstərilib.

AzVision.az-ın Ukrayna mediasına dayanaraq verdiyi xəbərə görə, İnternet Partiyasının namizədi olan Dart Veyder internet sorğularında ən çox səs alan namizəddir. O, lazım olan miqdarda səs toplayıb və 2,5 milyon qrivnanı da ödəyib.

Dart Veyderin əsas vədi Krımı 3 günə Ukraynaya geri qaytaracağı idi.

Onun sözlərinə görə, namizədliyinin qeydə alınmaması Yuliya Timoşenkonun işidir. O, MSK-nın qərarından şikayət vermək niyyətində olduğunu bildirib

Qeyd edək ki, Dart Veyder – rejissor və ssenarist Corc Lukasın məşhur `Ulduz Savaşları` (Star Wars) saqasının əsas qəhrəmanıdır. O, əvvəlcə işıqlı qüvvənin - Ceday ustadlarının tələbəsi olur, bu zaman adı Enekin Skayuoker idi. Böyüyəndən sonra sevdiyi qadını ölümdən xilas etmək ümidi ilə gücün qaranlıq tərəfinə keçir və Dart Veyder adını qəbul edir, sevgilisini isə öz əli ilə öldürür. Lakin sonda öz oğlunu xilas etmək üçün sith Ustadını – İmperatoru öldürür və qaranlıq gücün varlığına son qoyur.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti