Ukrayna NATO-ya daxil ola bilər

Ukrayna NATO-ya daxil ola bilər
  04 Aprel 2014    Oxunub:758
Ukrayna prezidentinin vəzifəsini müvəqqəti icra edən parlamentin spikeri Aleksandr Turçinov qeyd edib ki, Rusiya tərəfindən təzyiq davam edərsə, ölkə NATO-ya üzv olacaq.

AzVision.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Turçinov bu haqda yerli televiziyalardan birində gedən "Şuster live" proqramında qonaq olarkən qeyd edib: “Əgər belə davam edərsə, bunun baş verəcəyini istisna etmirəm.”

Spiker verlişdə qeyd edib ki, Ukrayna Rusiyanı beynəlxalq məhkəməyə vermək üçün iddia hazırlayır: ”Biz yaxın zamanlarda, Rusiyanın Ukraynaya vurduğu milyardlarla dollar zərərin kompensasiyası ilə bağlı hüquqi mövqe bildirəcəyik”


Teqlər:  





Xəbər lenti