Nurçulara qarşı yeni əməliyyat hazırlanır

Nurçulara qarşı yeni əməliyyat hazırlanır
  01 Aprel 2014    Oxunub:1017
Abdullah Gül ilə Ərdoğan bələdiyyə seçkilərinin ardından Çankayada sürpriz görüş keçirib.
AzVision.az xəbər verir ki, Türkiyə mediasının bildirdiyinə görə, Ərdoğan görüşdən bir dosya ilə çıxıb. Bu ani görüş beyinlərdə belə bir sual işarəsi qoyub:” Casusluq olayı və paralel quruluşla bağlı yeni əməliyyatlar başlayacaq?” Bütün baş verənlərdən sonra media əməliyyatın hansı yöndən başalayacağını müzakirə edir.

Prezident Gül MİT rəhbəri Hakan Fidan və Hərbi Qərargah rəhbəri Necdet Özel ilə də ötən həftə ayrı-ayrılıqda görüşmüşdü.

Daha sonra Ərdoğan ilə bu kritik görüş baş tutdu. Ərdoğanın görüşdən çıxarkən əlində dosya olması və Gülün önündə qeyd dəftərinin görünməsi diqqət çəkib. Görüşdə Xarici İşlər Nazirliyindəki casus məsləsi də müzakirə edilib. Baş nazirin bir sıra məslələrdə prezidentə məlumatlar verdiyi bildirilir.

Görüş bir saat davam edib. Qeyd edək ki, bu görüşün ardınca Abdullah Gül Küveytə rəsmi səfər edəcək. Səfər öncəsi belə bir kritik görüş heç də təsadüfi sayılmır.

Bildirilənlərə görə, Abdullah Gül bu görüşlərlə həm də Ərdoğanın yanında olduğunu və ona tam anlamıyla dəstək verəcəyini nümayiş etdirir.

Ərdoğan seçimdən dərhal sonra eyvan çıxışında camaata qarşı savaş açdığını dolayı yolla olsa da bildirib. Gülün isə bunun ardınca Ərdoğanla görüşməsi və həmin görüşün prezidentin rəsmi saytında xüsusi formatda təqdim edilməsi, “ Camaata qarşı savaş açan bar nazirə prezidentin dəstəyi var” mesajının olduğu kimi izah olunub.

Emin


Teqlər:  





Xəbər lenti