Sarıgül AKP-dən dəstək istədi

Sarıgül AKP-dən dəstək istədi
  01 Aprel 2014    Oxunub:812
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul bələdiyyə sədrliyinə namizədi Mustafa Sarıgül hakim Ədalət və İnkişaf Partiyasına çağırış edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sarıgül bildirib ki, əgər seçkidə qanunsuzluq yoxdursa, onda İstanbulda bülletenlər yenidən sayılmalıdır.

“Seçkidə İstanbulda çox səs yığan partiyaya müraciət edirəm, şəhərin bütün bölgələrində səslər yenidən sayılsın. Özünüzə inanırsızsa, çağırışımza cavab verin. İstanbuldakı seçkidə qanunsuzluq yoxdursa, bizə dəstək olun və xalqın ürəyində heç bir şübhə qalmasın”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti