`Obama bəşəriyyəti 3-cü dünya müharibəsinə aparır`

`Obama bəşəriyyəti 3-cü dünya müharibəsinə aparır`
  01 Aprel 2014    Oxunub:1025
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın tanınmış iqtisadi-siyasi politoloqu Doktor Paul Kreyq Roberts ABŞ prezidenti Barak Obamanın Rusiyaya qarşı yürütdüyü siyasətinin yeni dünya müharibəsinə səbəb olacağını bildirib.

“Obama Ukraynanı NATO-ya daxil etməklə, Rusiyanın Qara dənizdəki hərbi donanmasını çıxarmaq və ABŞ raket sistemlərini Ukraynanın Rusiya sərhədində yerləşdirmək fikrindədir.”

Roberts bu haqda dünən PressTV-yə yazdığı məqaləsində qeyd edib. Politoloq onu da əlavə edib ki, hadisələr Obamanın planlaşdırdığı kimi getmədiyi üçün qəzəblənməkdə və öz hirsini Rusiyanın üzərunə tökməkdədir. Şərqi Avropada NATO qüvvələrini yerləşdirmək, Polşa və Baltikyanı dövlətləri müdafiə bəhanəsilə, Rusiya sərhədlərində hərbi səfərbərlik təşkil etmək Moskvanı müharibəyə cəlb etmək üçün Vaşinqtonun təxribatçı addımlarıdır. Müəllif əmindir ki, hadisələr müharibəyə tərəf addımlayır.

“Bütün Qərb dairələri və mediasının bu istiqamətdə ağ yalanları artıq ifşa olunub”-deyə politoloq vurğulayıb.


Teqlər:  





Xəbər lenti