Güclü külək 10 min evi işıqsız qoydu

Güclü külək 10 min evi işıqsız qoydu
  31 Mart 2014    Oxunub:1059
Qeyri-sabit hava şəraiti Acarıstanın şimalında və Aşağı Kartlidə həyatı iflic edib.
Gürcüstanda güclü külək və qar çovğunu 10 min evin işıqsız qalmasına səbəb olub, ölkənin bir sıra bölgələrində elektrik naqilləri qırılıb.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti, əsasən Acarıstanın şimalı və Aşağı Kartli bölgələrində həyatı iflic edib.

Gürcüstan energetika nazirliyinin məlumatına görə, hazırda ölkə ərazisində güclü külək və qar çovğunu səbəbindən elektrik naqillərinin qırılması nəticəsində 10 minə yaxın abonentin işığı kəsilib.

Nazirlik günün sonuna qədər mövcud olan problemlərin aradan qaldırlacağını deyib.


Teqlər:





Xəbər lenti