Eşton: Suriya böhranının həlli üçün Rusiyanın iştirakı vacibdir

Eşton: Suriya böhranının  həlli üçün Rusiyanın iştirakı vacibdir
  23 Mart 2014    Oxunub:869
AzVision.az xəbər verir ki, Suriya münaqişəsinin siyasi yolla nizamlanmasına dəstək prosesində Rusiyanın rolu vacibdir. Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton deyib.

Xanım K.Eşton Brüsseldə beynəlxalq forumda qeyd edib: "Mənə elə gəlir ki, bu siyasi razılaşmanın əldə olunmasına cəhd etməkdən başqa yol yoxdur. Bu prosesə dəstək verilib. Rusiyanın bu məsələdə rolunun saxlanması həqiqətən vacibdir".

Qeyd edək ki, Suriyada 2011-ci ilin mart ayından başlayan münaqişə ərzində 140 mindən artıq insan ölüb, 4,2 milyondan çox insan isə öz ölkəsində qaçqın həyatı yaşayır. Bundan başqa, 2,3 milyon insan qonşu ölkələrə qaçıb. Qaçqınların qəbulu üzrə əsas yük İordaniya, İraq, Livan və Türkiyənin üzərinə düşüb. Münaqişədən əvvəl Suriya əhalisinin ümumi sayı 20 milyon nəfər olub./Trend/


Teqlər:





Xəbər lenti