Avropanın `qara siyahısı`na düşən rusların adı açıqlandı

Avropanın `qara siyahısı`na düşən rusların adı açıqlandı
  14 Mart 2014    Oxunub:940
Onların əksəriyyətinin adı Krımdakı hadisələrlə bağlı hallanır.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Avropa Birliyinin sanksiyalar tətbiq etməyə hazırlaşdığı şəxslərin siyahısı mətbuata açıqlanıb.

Onların arasında Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Müdafiə naziri Sergey Şoyqu, Federasiya Şurasının spikeri Valentina Matvienko, baş nazirin müavini Dmitri Roqozin, Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov və Liberal Demokrat partiyasının sədri Vladimir Jirinovski yer alıblar.

Bundan başqa, siyahıya Çeçenistan dövlət rəhbəri Ramzan Kadırov, bayker klubunun rəhəbri Aleksandr “Cərrah” Zaldostanov və “Rusiya bugün” telekanalının baş direktoru Dmitri Kiselev də daxil edilə bilərlər.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti