“Bizim Paşik”: Nikolun müsbət obrazı nə qədər məntiqlidir? - #AzVision

    “Bizim Paşik”:    Nikolun müsbət obrazı nə qədər məntiqlidir? -    #AzVision
  23 İyun 2021    Oxunub:9276
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Həftənin tən ortasındayıq; ona görə də, sosial şəbəkə fəalı, influenser Demə Qoqun tikanlı atmacalarının müşayiətilə bu mövzuların üzərində fikir seyrinə çıxmaq vaxtıdır.

- “Bizim Paşik”. Azərbaycanın sosial şəbəkə istifadəçilərinin Paşinyana xoş münasibəti nə dərəcədə adekvatdır?
- Ermənistanda hakimiyyəti dəyişməyən növbədənkənar parlament seçkisi əslində nəyi dəyişmək üçün idi və məqsədə çatıldımı?
- “Sosial şəbəkə məsuliyyəti” nədir və vətəndaşda hansı şəkildə olmalıdır?




...Ermənistandakı parlament seçkisi ərəfəsində və ondan sonra sosial şəbəkənin Azərbaycan seqmentində maraqlı bir "nikolmaniya" dalğası müşahidə olundu. Bunu başa düşmək də olar, düşməmək də. "Nikolmaniya"nın 2 təzahür forması var. Bir qism həqiqətən hesab edir ki, Paşinyanın yürütdüyü siyasət bizim də marağımıza uyğundur və bizə Ermənistanın başında məhz onun kimi birinin durması lazımdır. Bu, maraqlı yanaşmadır və müzakirə etmək olar.
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”

Demə Qoq:
- Koçaryan kimi yaramazdansa, Qarabağı qaytarmağımız üçün bizə səbəblər verən Paşinyana azarkeşlik etməyin nəyi pisdir ki?! Özü də, seçki vaxtı hara gedirdisə, əlində "rumka" olurdu. Bizim adamdır!

- O da var. Amma bu da var ki, radikal meyilli kəsim və antiazərbaycan şəbəkəsinin təsirinə düşənlər, gülməli də olsa, Paşinyanın az qala qərbpərəst demokrat obrazını yaradıblar. Elə bil, müharibədən əvvəlki aylarda özünün diktator mahiyyətini getdikcə daha çox aşkara çıxaran adam Paşinyan deyilmiş. Bu mənada, mən hətta deyərdim, 44 günlük müharibə ermənilərin qanının arasına girdi. Əgər müharibə və məğlubiyyət olmasaydı, Paşinyan indiyə qədər, yəqin ki, hakimiyyətini xeyli möhkəmlədəcək və özünə qarşı olan müxalifətin başını əzəcəkdi. Koçaryan indi çox güman, hansısa həbsxanada çörəkdən təsbeh düzəldirdi. Əgər müharibə olmasaydı, Paşinyanın demokratlığı da, liberallığı da, islahatçılığı da məşhur lətifədəki ifadə ilə desək, “indiyə demokratmı qalar” ifadəsilə təsvir olunacaqdı...


Teqlər: AzVision   Real-TV  





Xəbər lenti