Uşağın ölümü İstanbulu qarışdırdı - VİDEO

Uşağın ölümü İstanbulu qarışdırdı - VİDEO
  13 Mart 2014    Oxunub:898
İstanbul yenə qarışır. Berkin Elvanı dəfn edən minlərlə insan Gəzi Parkına axışır.
Berkin Elvanın dəfn mərasimindən sonra 100 minlər Taksim meydanındakı Gəzi Parkına axışacaq. AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Berkin Elvanı dəfn edən vətəndaşlar belə bir qərar verib.

Aksiya ilə bağlı Facebook və Twitter-də də minlərlə çağırış var. İstanbul sakinləri “Berkin için Gezi Parkında buluşaq” deyirlər.

Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə etməklə nümayişçilərin hətəkətinə mane olub. Nəticədə etirazçılar yaxınlıqdakı küçələrə qaçıblar.

Qeyd edək ki, 2013-cü il iyulun 16-da evlərindən çörək almaq üçün çıxan 15 yaşlı B.Elvanı “Gəzi Parkı” mitinqini dağıdan polislər tərəfindən ölümcül döyülməsi iddia olunur. 269 gün komada qaldıqdan sonra gənc ötən gün vəfat edib.

)


Teqlər:





Xəbər lenti