Məhkəmə binasına silahlı basqın - ölən var - VİDEO

Məhkəmə binasına silahlı basqın - ölən var - VİDEO
  11 Mart 2014    Oxunub:835
İstanbul ədliyyə binasına silahlı hücum olub.

İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində 2 nəfər ölüb. C qapısından içəri girən silahlı şəxş qarşısına çıxanlara atəş açmağa başlayıb.

Ölənlərin kimliyi araşdırıldıqda isə məlum olub ki, ölənlərdən biri boşanma məhkəməsi üçün gələn qadın, digəri isə onu qoruyan gənc polis olub.

Silahlı həbs olunub və məlum olub ki, o, ölən qadının 20 yaşlı oğludur.



AzVision.az


Teqlər:





Xəbər lenti