Ketrin Eşton İsfahana gedib

Ketrin Eşton İsfahana gedib
  10 Mart 2014    Oxunub:810
İranda səfərdə olan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton İsfahan şəhərinə səfər edib.

İRNA agentliyinin xəbərinə görə, Eşton İsfahan şəhər hava limanında jurnalistlərə bildirib ki, bir günlük səfər zamanı İsfhanın tarixi abidələri ilə tanış olacaq: "Sevinirəm ki, dünyanın tanınmış tarixi şəhərlərindən birinə səfər etmişəm. İsfahanın misilsiz tarixi ilə yaxından tanışam".

K.Eşton ötən gün Tehranda bir sıra dövlət rəsmiləri ilə, o cümlədən İran prezidenti Həsən Ruhani, spiker Əli Laricani, XİN başçısı Məhəmməd Cavad Zərif və digər rəsmilərlə görüşlər keçirib.

Xatırladaq ki, 2013-cü ilin noyabrında Tehran və "altılıq" ölkələr İrana qarşı sanksiya rejiminin yüngülləşdirilməsi müqabilində İranın nüvə fəaliyyətinin qismən dayandırılması barədə razılığa gəliblər. Sazişin icrasına tərəflər yanvarın 20-də başlayıblar. Tərəflərin İranın nüvə proqramı üzrə hərtərəfli sazişin müzakirəsinə başlayacağı gözlənilir.


Teqlər:





Xəbər lenti