“Toylara da icazə verilsin, cavanlar evdə qalıb” - VİDEOSORĞU

 “Toylara da icazə verilsin, cavanlar evdə qalıb” -  VİDEOSORĞU
  27 May 2021    Oxunub:4278
Azərbaycanda xüsusi karantin rejimi yenidən yumşaldılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, mayın 31-dən bir sıra yumşalamalara gediləcək. Belə ki, açıq havada maska taxmaq qadağası ləğv edilir, metronun və regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur. Bundan əlavə, idman zalları və çimərliklər, məscidlər, iri ticarət mərkəzləri də açılacaq.
Vətəndaşların yeni qərarlara münasibəti necədir? Sakinlər daha hansı qadağanın ləğv olunmasını istəyirlər?

Azvision.az bu suallara cavab tapmaq üçün şəhərdə videosorğu keçirib. Respondentlərin cavabları ilə təqdim etdiyimiz videodan tanış ola bilərsiniz:




Müxbir:Şahanə Rəhimli
Video: Əhməd Xəlilov
Montaj:Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Sorğu   Toy   Qadağa  





Xəbər lenti