Rusiya Krımı qəbul edəcək - VİDEO

Rusiya Krımı qəbul edəcək - VİDEO
  07 Mart 2014    Oxunub:879
RF Dövlət Duması Krım nümayəndə heyətini alqışlarla qarşılayıb.
Bu gün səhər Moskvada spiker Serqey Narışkinin başçılığı ilə Rusiya dövlət Dumasının təmsilçiləri və Krım Ali Şurasını nümayəndə heyəti arasında görüş başlayıb. Rusiyalı deputatlar krımlıları alqışlarla qarsalayıblar.

“ Krımlıların təhlükəsizliklərinin təmin olunmasını istəmələrini yaxşı başa düşürük. Krımı dəstəkləmək Duma deputatlarını əsas prioritetlərindən biridir. ” - Narışkin bildirib.

Rusiyalı spikerin sözlərinə görə, ölkəsi Krımı tərkibinə daxil etməyə hazırdır. “ Rusiya Krım və Sevastopol xalqının azad və demokratik seçimini dəstəkləyəcək”, deyə Narışkin bildirib.

Federasiya Şurasını spikeri Valentina Matviyenko da analoji bəyanatla çıxış edib. O, bildirib ki, “əgər referendumun nəticəsi olaraq Krımın Rusiyaya birləşdirilməsinə qərar verilsə, Rusiya Krımı öz tərkibinə qəbul edəcək”.

Xatırladaq ki, martın 6-da Krım Ali Şurası Muxtar Respublikanın Rusiyaya birləşməsi ilə bağlı qərar qəbul edib. Bu məsələ Krımın statusu ilə bağlı martın 16-da keçiriləcək referenduma çıxarılacaq.

Həmin gün Sevastopolda da şəhərin Rusiyanın tərkibinə qoşulmaqla bağlı referendum keçiriləcək.

Səbinə Həsənova




Teqlər:





Xəbər lenti