Krımın spiker və baş naziri həbs ediləcək

Krımın spiker və baş naziri həbs ediləcək
  06 Mart 2014    Oxunub:865
Krımın spikeri və baş naziri haqda Cinayət Məcəlləsinin 110-cu – ölkənin ərazi bütövlüyü və toxunulmazlığına qəsd maddəsi üzrə cinayət işi açılıb.
Kiyevin Şevçenko Rayon Məhkəməsi Krımın yeni baş naziri Sergey Aksyonovun və muxtar vilayət parlamentinin spikeri Vladimir Konstantinovun həbsi ilə bağlı ibtidai istintaq orqanlarının vəsatətini təmin edib. AzVision.az rus mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun (UBP) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidmətinin əməliyyatçılarına adı çəkilən şəxsləri məhkəməyə gətirmək tapşırılıb.

Ukrayna Baş Prikurorluğu spiker və baş nazir, eləcə də Ukrayna Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Denix Berezovski və Xalq Azadlıq Dəstəsinin lideri Pavel Qubarev haqda Cinayət Məcəlləsinin 110-cu – ölkənin ərazi bütövlüyü və toxunulmazlığına qəsd maddəsi üzrə cinayət işi açıb.

S. Həsənova


Teqlər:





Xəbər lenti