Rus ordusunun təlimi başa çatdı

Rus ordusunun təlimi başa çatdı
  04 Mart 2014    Oxunub:1057
Rusiya prezidenti Vladimir Putin Qərbi və Mərkəzi Hərbi Dairələrdəki qoşunların geri qayıtması barədə göstəriş verib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hərbi təlimlərin keçirildiyini və artıq yekunlaşdığını xatırladıb.
Rusiya Müdafiə naziri Sergey Şoyqu qəfil hərbi təlimlərin keçirilməsinə 150 min əsgər və zabitin, 90 döyüş təyyarəsinin, 880-dən artıq tankın, 1200-dən artıq digər döyüş texnikasının və 80-nə qədər gəminin cəlb olunduğunu bildirmişdi.

Xatırladaq ki, fevralın 26-da Putin Mərkəzi və Qərbi Hərbi Dairələrdə qəfil hərbi təlimlərin keçirilməsi barədə əmr vermişdi. Ukrayna ilə sərhəddə yaxın keçirilən təlimlər ordudakı çatışmazlıqları müəyyən etmək üçün keçirilirdi.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti