Avropa nazirləri bir araya gəlir

Avropa nazirləri bir araya gəlir
  04 Mart 2014    Oxunub:997
Avropanın bir sıra ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri martın 6-7-də Estoniyanın Narva şəhərində görüşəcək.
AzVision.az AzərTAc-istinadən xəbər verir ki, görüşdə İsveç, Estoniya, İslandiya, Litva, Latviya, Norveç, Polşa, Slovakiya və Finlandiyanın XİN rəhbərlərinin, habelə Çexiya, Macarıstan və Danimarka xarici işlər nazirləri müavinlərinin iştirak edəcəyi gözlənilir.

Ukraynada vəziyyətlə bağlı münasibətlərin, habelə Avropa İttifaqının qonşu ölkələri ilə münasibətlərin, siyasət, təhlükəsizlik, enerji təchizatı və infrastruktur məsələlərinin başlıca müzakirə mövzusu olacağı ehtimal edilir.


Teqlər:  





Xəbər lenti