“Dəmir yumruğun” izləri: Bakıda hamı bura axışır - VİDEO

     “Dəmir yumruğun” izləri:    Bakıda hamı bura axışır -    VİDEO
  19 Aprel 2021    Oxunub:6020
Aprelin 12-də Bakıda açılan Hərbi Qənimətlər Parkı son günlər vətəndaşlarımızın ən çox ziyarət etdiyi məkana çevrilib. Böyüklü-kiçikli hər kəs bu parka axın edərək, 44 günlük Vətən Müharibəsində Ermənistan ordusundan götürülən qənimətlərə baxmağa can atır.
Ordumuzun qüdrətini göstərən Zəfər Parkında düşməndən qənimət kimi götürülən 300-dən çox eksponat - hərbi avtomobillər, tanklar, toplar, raket qurğuları, silah-sursat və digər ləvazimatlar nümayiş etdirilir ki, bu da vətəndaşlarımızın böyük marağına səbəb olub.

Vətən müharibəsindəki qələbəmizi əks etdirən mənzərəni izləmək istəyənlər Yeni Bulvardakı qənimətlər parkına üz tuturlar. Bu parkı gəzərkən əsgərlərimizin qəhrəmanlığı, ordumuzun gücü, düşmənin biabırçı məğlubiyyəti aydın şəkildə görünür.

Hərbi Qənimətlər Parkından yeni çəkilmiş videogörüntüləri təqdim edirik:



Video: Əhməd Xəlilov
Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Hərbi   Qənimətlər   Parkı  





Xəbər lenti