Yanukoviç: `...Qoy radikalları Allah cəzalandırsın!`

Yanukoviç: `...Qoy radikalları Allah cəzalandırsın!`
  28 Fevral 2014    Oxunub:948
AzVision.az xəbər verir ki, Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç vəd etdiyi kimi Rusiyanın Rostov şəhərində mətbuat konfransı keçirir.
Yüzlərlə jurnalistin iştirakı ilə baş tutan konfransda Yanukoviç media mənsublarının suallarını cavablandırır.

Devrilmiş prezident bildirib ki, Ukraynanı vətənpərvər hərbçilərin köməkliyi ilə tərk edib və Rusiyanın Rostov şəhərinə gəlib: "Mən Rusiyada Vladimir Putinlə görüşməmişəm. Rostova öz dostumun yanına müvəqqəti sığınacaq üçün gəlmişəm. Nə vaxt mənim və ailəmin təhlükəsizliyi təmin olunarsa, onda vətənimə qayıdacağam. Buradan Krım xalqına müraciət edirəm ki, heç bir halda Ukraynanın tərkib hissəsindən ayrılmasınlar. Krımlılar sadəcə müstəqilliyi öz əlində olan Respublika yaratsınlar. Mən hakim deyiləm, qoy allah o radikal millətçiləri özü cəzalandırsın. Mən "Berkut" xüsusi təyinatlıların məruz qaldığı təzyiqə görə onlardan üzr istəyirəm. Silahsız polisləri "molotov kokteyli" və digər silahlarla atəşə tuturdular. Mən onlara heç vaxt vətəndaşlara atəş açmaqları ilə bağlı əmr verməmişəm. Yuliya Timoşenkonun azadlığa çıxmasına gəldikdə isə, buna xalq özü qiymət verəcək. Mən ona heç vaxt pis münasibətdə olmamışam. Sadəcə onun imzaladığı müqavilə Ukraynaya 20 milyard dollar ziyan vurduşdu ki, sabiq baş nazir də həbsə düşmüşdü."


Teqlər:  





Xəbər lenti