Yanukoviç Ukraynaya qayıdacaq
Lakin onun fikrincə, bu yalnız onun təhlükəsizliyinə təminat verildikdən sonra baş tuta bilər.
“Ölkəni Ukrayna əhalisini çox cüzi hissəsini təmsil edən millətçi faşistlər idarə edir. Ölkədəki cinayətlər ictimaiyyət və Avropa Şurasının nəzarəti altında tədqiq olunmalıdır. Meydandakı ölümlər Avropa İttifaqının məsuliyyətsizliyinin və Meydandakıların dəstəyinin nəticəsinə baş verib. Ukrayna güclü ölkədir və biz vəziyyətin öhdəsindən gələcəyik”
Mayda keçiriləcək seçkilər qanunsuz və mən onlarda iştirak etməyəcək”-deyə o bildirib.
Bundan başqa Viktor Yanukoviç Ukraynanın vahid dövlət şəkildən saxlanmalı olduğunu bildirib. Bu gün Krımda baş verənlər Kiyevdə hakimiyyətin quldurcasına zəbtinə təbii reaksiyadır. Lakin Ukrayna vahid dövlət olaraq qalmalıdır.”
Rostov şəhərinə gəlişini isə Yanukoviç öz köhnə dostunun dəvəti ilə əlaqələndirib. Onun sözlərinə görə, dostu ona müvəqqəti yaşaması üçün şərait yaradıb. Lakin Yanukoviç onun adını çəkməkdən imtina edib.
Vüqar İsmayılov