Yanukoviç: “Mübarizəmi davam etdirəcəm”
“Məni heç kəs devirməyib. Mən ölkəni terrorla idarə etmək istəyənlərə qarşı mübarizəmi davam etdirəcəm” –deyə açıqlama verib. Bundan başqa Yanukoviç ölkəni tərk edən zaman silahlı hücuma məruz qaldığın söyləyib.
“Mən Ukraynanı özümə və ailə üzvlərimə qarşı təhdidlə bağlı tərk etməli oldum. Mən heç yerə qaçmamışam. Kiyevdən Xarkova getmişəm. Yolda məni avtomat silahlardan atəşə tutublar. Səhər Xarkova getmişik. Təhlükəsizliyim məqsədilə Krıma gəlmişəm.
Lakin yeni hədələr mənim niyyətlərtimi pozdu. Ailə üzvlərimə qarşı hədə dolu telefon zəngləri alırdım”-deyə Yanukoviç konfransda bildirib
Vüqar İsmayılov