Ukrayna Yanukoviçi tələb edəcək

Ukrayna Yanukoviçi tələb edəcək
  28 Fevral 2014    Oxunub:1160
Bununla bağlı Kiyev məhkəməsi müvafiq qərar çıxardıb.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, fevralın 22-də Ali Rada tərəfindən hakimiyyətdən kənarlaşdırılan Viktor Yankuoviç beynəlxalq axtarışa veriləcək.

Ukrayna Prokurorluğu Rusiyadan onun ekstradisiya olunması ilə bağlı müraciət ünvanlanmağa hazırlaşır.

“Ukrayna Prokurorluğu beynəlxalq axtarışa verilən ölkə vətəndaşı Viktor Yanukoviçin Rusiya Federasiyası ərazisində olması təsdiqlənərsə, ekstradisiya olunması üçün tədbirlər görüləcək”-deyə prokurorluq məlumat verib.

Hüquq-mühafizə orqanları Kiyev məhkəməsi onun həbs olunması ilə bağlı qərar verib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti