Ukraynanın Baş Qərargah rəisi istefaya göndərildi
Xatırladaq ki, İlyin bu vəzifəyə fevralın ortalarında təyin olunmuşdu. Müvafiq qərarı Yanukoviç hakimiyyətdən kənarlaşdırlmazadan bir həftə öncə imzalamışdı. Bundan öncə, o, Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edirdi.
Baş Qərargah rəisi təyin olunduqdan sonra Yuri İlyin ordunun ölkədəki siyasi proseslərə qarışmayacağını bildirmişdi. Lakin bəzi məlumatlara görə, aksiyalar zamanı o, meydandakı kütləyə güc tətbiqi barədə göstəriş vermişdi.
Vüqar İsmayılov