Ruslar Sevastopol aeroportunu ələ keçirdi

Ruslar Sevastopol aeroportunu ələ keçirdi
  28 Fevral 2014    Oxunub:1193
Hazırda aeroport rus hərbiçiləri tərəfindən mühasirəyə alınıb.
Ötən gecə yerli vaxtla saat 23:00-da 10-dan çox hərbi yük maşını və bir neçə zirehli transportyor (BTR) dəbilqəli və güllə keçirməyən jiletlər geymiş əsgərlərin müşayiəti ilə Sevastopoldakı “Belbek” aeroportuna daxil olub.

Aeroportu mühasirəyə alan əsgərlə hansısa komanda gözləyirlər. Heç kim aeroportun hansı məqsədlə bağlandığı barədə suallara cavab vermirlər.

Qeyd edək ki, dünən Lyubimovkadakı qarnizona və aerodroma mülki geyimdə olan silahlılarla dolu bir neçə maşın gəlib. Bir müddət ətrafa nəzər yetirəndən sonra çıxıb gediblər.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti