Yanukoviç Ukraynadan 70 milyard dollar pul oğurlayıb
O qeyd edib ki, dövlət xəzinəsi tamamilə talan olunub və buna görə, nə bu gün nə də sabah yaxşılaşma gözləmədiyini bildirib. Yasenyuk dövlət borclarının 75 milyard dollara çatdığını xatırladıb.
“Ölkənin qızıl valyuta ehtiyatlarının 20 milyard dollar və 37 milyardlıq kredit naməlum istiqamətdə yox çıxıb”-deyə baş nazir qeyd edib.
“Büdcədəki pul heç nəyə çatmır”-deyə deputatlara səslənən Yasenyuk bunun əsas baiskarının Yanukoviç hökuməti olduğunu və buna görə cavab verəcəklərini bildirib.
Vüqar İsmayılov
Teqlər: